Menu

“General Motors” 73 min elektrikli avtomobili geri çağırır

22.08.2021, 00:26
“General Motors” 73 min elektrikli avtomobili geri çağırır

Amerikanın avtomobil istehsalçısı “General Motors” (GM) 73 min avtomobili geri çağırır. Bu barədə“Report”“Reuters” agentliyinə istinadən xəbər verir.

Bunlar 2020 - 2022 model elektrikli avtomobillər “Chevrolet Bolt EV”, “EUV” və 2019-cu ildə istehsal edilən “Bolt EV” modelləridir.

Belə ki, avtomobillərin batareyalarında yanğına səbəb ola biləcək iki qüsur aşkarlanıb. Bu model elektrik avtomobillərin satışı da qeyri -müəyyən müddətə dayandırılacaq.

“GM” dəyən ziyanı batareya təchizatçısı “LG”dən geri istəyəcək. Şirkət dəymiş zərərin miqdarını 1 milyard ABŞ dolları dəyərində qiymətləndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol