Menu

Britaniya XİN rəhbəri ABŞ dövlət katibi ilə Əfqanıstanı müzakirə edib

22.08.2021, 18:22
Britaniya XİN rəhbəri ABŞ dövlət katibi ilə Əfqanıstanı müzakirə edib

Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, telefon danışığı zamanı tərəflər Əfqanıstanda baş verən hadisələri müzakirə ediblər.

“ABŞ-la vətəndaşlarımızın və əfqanların təxliyəsi, eləcə də terrorizmlə mübarizə, humanitar yardımların göstərilməsi və regional sabitliyin təmin edilməsi üçün beynəlxalq strategiya hazırlamaq üçün əməkdaşlıq edirik” - deyə, D. Raab özünün tviter səhifəsində yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol