Menu

Ukraynanın azərbaycanlı idmançısı Avropa çempionu olub- FOTOLAR

22.08.2021, 13:07
Ukraynanın azərbaycanlı idmançısı Avropa çempionu olub- FOTOLAR

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə növbəti Avropa çempionatında Ukraynanı təmsil edən azərbaycanlı, 2007-ci il təvəllüdlü Kərimov Vasif Knyaz oğlu qızıl medal qazanıb.

Ukrayna Azərbaycanlıları Radasından (UAR)“Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, 46 kq çəki dərəcəsində rinqə çıxan Kərimov Avropa çempionatında çıxdığı döyüşlərdə İtaliya, İsrail, Ermənistan və Rusiya təmsilçilərini məğlub edib.

Qeyd edək ki, Vasif Kərimov əslən azərbaycanlıdır. Xarkov şəhərində dünyaya gələn Kərimov buna qədər Xarkov vilayətinin, Ukraynanın çempionu olub. Kərimovlar ailəsi RAU-nun fəal üzvlərindəndir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol