Menu

"SEMAŞKO" XƏSTƏ QƏBULUNU DAYANDIRDI - Yalnız koronavirus xəstələrini qəbul edəcək(Yenilənib)

23.08.2021, 20:10
"SEMAŞKO" XƏSTƏ QƏBULUNU DAYANDIRDI - Yalnız koronavirus xəstələrini qəbul edəcək(Yenilənib)

1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") 6 şöbəsi koronavirusla mübarizə səbəbindən bağlanıb.

KTM-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, mərkəz avqustun 19-dan COVID-19 xəstəxanası kimi fəaliyyətə göstərir: "Mərkəzdə doğum-ginekologiya şöbəsi tamamilə bağlanıb. Kardiologiya, nevrologiya, terapiya şöbəsi, ümumi reanimasiya, intensivterapiya şöbəsi də koronavirusla mübarizə səbəbindən bağlanıb.

Hazırda mərkəzdə hemodializ xəstələrinə xidmət göstərilir, toksikoloji xəstələrə və yaralanmalar, travmalarla bağlı təxirəsalınmaz əməliyyatları yerinə yetirirlir".

Oxu.Az-ın sorğusuna cavab olaraq da 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib ki, avqustun 19-dan COVID xəstəxanası kimi fəaliyyətə başlanılıb. 

"Həmin tarixdə 31 xəstə var idi. Onların bir qismi evə yazıldı, bir qismi isə cərrahi korpusda müalicəsi başa çatandək saxlanıldı və evə yazıldı. Bütün proseslər mərhələli şəkildə, tibbi qaydalara uyğun olaraq həyata keçirilib”, - məlumatda qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol