Eskişehir Azərbaycanlılar Dərnəyi 11-ci ildönümü münasibəti ilə “ÜÇÇİZGİ dərgisi ilə siz hardasınız?” adlı yarışmaya start verdi.
20 Avqust, 2021-ci il tarixində başlayan yarışma dəmir yumruğun gücü ilə qazanılan Qarabağ zəfərinin 1-ci ildönümündə, 8 Noyabr, 2021-ci il tarixində yekunlaşacaq. Yarışmada iştirak etmək istəyənlər aşağıdakı qaydalara əməl etməlidir:
1. Bu səhifəyə daxil olaraq paylaşımı bəyənməli (https://www.facebook.com/1383776621660857/posts/4425351290836693/ );
2. Paylaşımı öz şəxsi Facebook səhifəsində paylaşmalı;
3. Bu paylaşımın koment qisminə Üççizgi dərgisi ilə hər hansi bir yerdə çəkdirdiyi şəkli əlavə etməli və ya #uccizgiharda həştəqi ilə öz şəxsi hesabında paylaşmalı.
Yarışmada ən çox bəyənmə sayına sahib olan 3 şəxs qalib elan ediləcək. Birinci yerin sahibi 50 dollar və sürpriz hədiyyələr, ikinci yerin sahibi 30 dollar və sürpriz hədiyyələr, üçüncü yerin sahibi isə 20 dollar və sürpriz hədiyyələr əldə edəcək.
Qeyd edək ki, Eskişehir Azərbaycanlılar Dərnəyi 25.09.2020 və 02.06.2021 tarixləri arasında Eskişehirin yerli televiziya kanalı olan EsTV-də eyniadlı proqram həyata keçirmişdir. “Üççizgi” programı çərçivəsində Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri, görkəmli şair, Azərbaycan himninin yazarı Əhməd Cavad, 18 Oktyabr: Azərbaycan Dövlət Müstəqilliyi gününə həsr olunaraq müstəqillik tarixi, Cənubi Azərbaycan, Azərbaycanın dünyanı bəzəyən səsi Rəşid Behbudov, qanlı və eyni zamanda şanlı 20 Yanvar hadisələri, Azərbaycan Cümhuriyyətinin əsasını qoyan Məmməd Əmin Rəsulzadə haqqında bölümlər yayınlanmışdır. Eyni zamanda, 27 sentyabr tarixində başlayan və 8 noyabrda zəfər çalan, xalqa qələbə və birlik ruhunu aşılayan Qarabağ savaşı zamanı “Üççizgi” televiziya programında 4 ayrı bölümə yer verilmişdir.
Eskişehir Azərbaycanlilar Dərnəyi 2010-cu ildə yaradılmışdır. Əsas məqsədi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq olan dərnək bugünə qədər Azərbaycan tarixini və mədəniyyətini təbliğ edən yüzlərlə layihə həyata keçirmişdir.


Şərhlər