Menu

Azərbaycanda indiyədək koronavirusa yoluxan şagirdlərin sayı açıqlanıb

24.08.2021, 12:17
Azərbaycanda indiyədək koronavirusa yoluxan şagirdlərin sayı açıqlanıb

"Ötən il sentyabrın 15-dən bu günə kimi COVID-19-a yoluxanların statistikası aparılıb".

“Report” xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

Onun sözlərinə görə, bu günə kimi 25 370 şagird koronavirusa yoluxub.

R.Ağayev həmçinin bildirib ki, məktəb heyətindən isə 15 128 nəfər koronavirusa yoluxub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol