Ermənistanın yeni tərkibdə formalaşmış parlamentində dava düşüb. Bununla bağlı erməni mediası xəbər verir.
Məlumata görə, Milli Məclisin bu gün keçirilən toplantısının gedişində iqtidar və müxalifətdən olan deputatlar əlbəyaxa olublar. Deputatlar hətta bir-birini stullarla vurublar. Bu səbəbdən təhlükəsizlik xidmətinin çoxsaylı əməkdaşları iclas zalına daxil olaraq deputatları ayırmağa çalışıb. Müxalifətçi deputatların bəziləri “Nikol xaindir” qışqırıblar.
Qeyd edək ki, N.Paşinyan da bugünki iclasda iştirak və çıxış edib.


Şərhlər