Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Peyman Qədirli və Allahmurad İsmayılovu saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxslərin üzərinə baxış keçirilən zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin və heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı istintaq aparılır.


Şərhlər