Menu

Poroşenkonun üzünə "zelyonka" atdılar - Cinayət işi açılıb (FOTO)

25.08.2021, 16:35
Poroşenkonun üzünə "zelyonka" atdılar - Cinayət işi açılıb (FOTO)

Ukraynanın eks-prezidenti Petro Poroşenkonun üzünə "zelyonka" antiseptik məhlulu atmış kişi saxlanılıb.

Avqustun 24-də Kiyevin mərkəzində Ukraynanın müstəqillik günü münasibətilə bayram tədbirində iştirak edərkən Poroşenkonun sifətinə “zelyonka” atılıb. Məhlul onun gözünə dəysə də, ilkin məlumatlara görə, eks-prezidentin gözü salamat qalıb.

Poroşenko bu hücumun arxasında Ukraynanın hazırkı hakimiyyətinin ola biləcəyinə eyham vurub. Hadisəylə bağlı “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb. Bu əmələ görə 1999-cu il təvəllüdlü şəxsi 5 ilədək həbs cəzası gözləyir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol