Menu

Magistraturaya ayrılmış yerlərin 7 faizi boş qalıb

25.08.2021, 16:51
Magistraturaya ayrılmış yerlərin 7 faizi boş qalıb

Avqustun 24-də ali təhsilin magistratura səviyyəsinə qeydiyyat prosesi yekunlaşıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, statistik göstəricilərə əsasən, I tur üzrə 9825 nəfərin, 2-ci tur üzrə isə 643 nəfərin müraciəti ali təhsil müəssisələri tərəfindən təsdiq edilib.

Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 11 135 yerin 92.83 %-i dolub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol