Menu

"Nə qədər çalışsaq da, onu xilas edə bilmədik..." - Alim Qasımovun qızı

25.08.2021, 18:16
"Nə qədər çalışsaq da, onu xilas edə bilmədik..." - Alim Qasımovun qızı

Əməkdar artisti Fərqanə Qasımova həyat yoldaşının həbs edilməsi barədə instaqram hesabında münasibət bildirib: “Bəzi saytlarda və sosial mediada yayılmış məlum xəbərlə bağlı fərqli yorumları oxuduqca həm təəssüfləndim, həm də təəccübləndim. Tanımadan, bilmədən özgə bir ailəni müzakirəyə çıxarmaq kimsəyə başucalığı gətirməz. Taleyin öz hökmü var. Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik. Valideynlərimizin xeyir-duası ilə evləndik. Tanrı bizə dörd gözəl bala nəsib etdi. Böyük ailə böyük məsuliyyətdir".

F. Qasımova daha sonra təəssüflə yazır ki, hər şey insanın arzuladığı kimi olmur.

"Elnur geri dönüşü olmayan bir yol tutdu. Nə qədər çalışsaq da, onu xilas edə bilmədik. Çünki bəzi məqamlarda seçim insanın öz öhdəsinə qalır.Mən və övladlarım bu ağır imtahandan da imanımız, ədəbimizlə çıxacağıq. Bu, hər kəsin başına gələ bilər, yaxşı olar, kimsə başqasına rişxənd etməsin. Alim Qasımov sənəti, adı ilə mədəniyyətimizi zirvələrə qaldırıb. Onun adını lazımsız yerə hallandırmağa gərək yoxdur – bunun özü də bir mədəniyyətdir. Hər kəsin diqqətini çəkmiş hadisə sadəcə bizim ailə problemimizdir. Lütfən, qarışmayın”,-deyə xanənəndə vurğulayıb.

Şərhlər

Fateh 2021-08-26 00:09:50

Narkotiklərə qarşı böyük mübarizəyə qaıxmalıyıq,hər gün gecikirik

Ədalət 2021-08-25 22:36:53

Qinayanlarin başina gəlsin

Isibaba 2021-08-25 20:41:14

Sizinle tam raziyam!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol