Menu

Pakistan XİN başçısının rəsmi turnesi başlanıb - Mərkəzi Asiya ölkələrinə

26.08.2021, 00:00
Pakistan XİN başçısının rəsmi turnesi başlanıb - Mərkəzi Asiya ölkələrinə

Pakistan xarici işlər naziri Şah Məhmud Kureşi avqustun 24-də Tacikistana gəlib.

Bu barədə avqustun 25-də «Fərqanə» İnformasiya Agentliyi «ARR»-ə istinadla xəbər verib.

Bu, onun Mərkəzi Asiya ölkələrinə rəsmi turnesi çərçivəsində ilkidir.

Avqustun 25-də Kureşi Tacikistanın xarici işlər naziri Siroceddin Muxriddinlə görüşüb. O, həm də respublika Prezidenti Emoməli Rəhmonla danışıq aparıb. Tacikistan-Pakistan ikitərəfli münasibətlərinin inkişafı ilə bağlı məsələlərdən əlavə, tərəflər Əfqanıstandakı cari situasiyanı da müzakirə ediblər.

Tacikistandan əlavə, Şah Mahmud Kureşi yaxın vaxtlarda Özbəkistana, Türkmənistana və İrana da səfər edəcək. Özbəkistan Prezidenti Şövkət Mirziyoyevlə görüş, onun mətbuat xidmətinin məlumatına görə, bu günün ikinci yarısına nəzərdə tutulmuşdu.

Xəbər verilir ki, səfər Pakistanın Baş naziri İmran Xanın xüsusi tapşırığı əsasında həyata keçirilir. Onun gedişində, Əfqanıstanda situasiyanın dəyişməsi nəzərə alınmaqla, gözlənildiyi kimi, bölgənin üzləşdiyi problemlərin həlli üzrə birgə strategiyanın qəbulu nəzərdə tutulub və məsləhətləşmələr aparılacaq.

«Pakistan hesab edir ki, qonşu ölkələr üçün sülhə, təhlükəsizliyə və Əfqanıstanda sabitliyə meyllilik həyati əhəmiyyət kəsb edir - turne ərəfəsində Pakistan XİN-nin rəsmi nümayəndəsi Asim İftixar Əhməd bəyan edib - Bununla əlaqədar olaraq, ümumi problemləri həll etmək və ümumi sülh məqsədlərini irəli apamaq üçün bizə qonşu ölkələrlə öz fəaliyyətimizi koordinasiya etmək çox vacibdir».

O, həm də qeyd edib ki, Pakistan bundan sonra da Tacikistanla, Özbəkistanla, Türkmənistanla və İranla çoxtərəfli əməkdaşlığı inkişaf etdirməyi arzulayır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol