Menu

"Əfqanıstanda demokratiyanı bərpa edəcəyik" - “Taliban” komandiri + VİDEO

25.08.2021, 23:07
"Əfqanıstanda demokratiyanı bərpa edəcəyik" - “Taliban” komandiri + VİDEO

"Biz Əfqanıstanda təhlükəsizliyi təmin edəcək və dinc mühit quracağıq”.

Bu fikirləri Baku TV-yə özəl müsahibəsində “Taliban”ın Kabil şəhərinin təhlükəsizlik üzrə komandiri Mulvi Aminullah səsləndirib.

“Xalqımız iyirmi ilini qeyri-müəyyənlikdə, sülh olmadan və ölkədə sabitliyi pozaraq keçirdi. İndi isə sülhü bərpa etmək, insanlara təhlükəsizliyi sübut etmək vaxtıdır. Xüsusilə Kabil təhlükəsiz deyildi. Hamı qorxu içərisində idi” – deyə, o bildirib.

Mübarizə apardıqları yolda çoxlu şəhid verdiklərini deyən komandir Aminullah qeyd edib ki, Əfqanıstanda demokratiyanı bərpa edəcəklər.

Daha ətraflı Baku TV-nin süjetində:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol