Menu

"Azərişıq" vergi borcu olan şirkətə 4 mln manatlıq tender verib

26.08.2021, 11:23
"Azərişıq" vergi borcu olan şirkətə 4 mln manatlıq tender verib

"Azərişiq" ASC İsmayıllı rayonu, Basqal qəsəbəsi, "Basqal Dövlət Tarixi-Mədəniyyət Qoruğu"nun elektrik təchizatı məqsədilə görüləcək işlərlə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Admiral-2012" MMC-dir.

Qalib şirkətə 3 milyon 955,8 min manat ödəniləcək.

Qeyd edək ki, "Admiral-2012" MMC-nin dövlət büdcəsinə 12 min 038,37 manat vergi bocu var.

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən “Report”a bildirilib ki, tender proseduru bir neçə ay əvvəl baş tutub: "Digər iştirakçı şirkətlər kimi, qalib olan şirkət də tender müsabiqəsində iştirak etmək üçün təqdim etdiyi sənədlər arasdında dövlət büdcəsinə borcunun olmaması ilə bağlı arayış təqdim edib", - məlumatda deyilir.

Şərhlər

Kərəm 2021-08-26 12:03:00

Tenderi udan şirkət kimindir və Azərişıqla hansı kanallarla bağlıdır?Bunu araşdırmadan bu məlumatın maraqlı tərəfi görünmür.Adətən bu şirkət dolayısı yolla da olsa Azərişıqla əlaqəlidir.Yoxsa vergi borcu olan şirkət tenderə buraxılmamalı idit

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol