Menu

“Taliban” Türkiyədən texniki yardım istəyib

26.08.2021, 16:14
“Taliban” Türkiyədən texniki yardım istəyib

“Taliban” hərəkatı xarici ölkələrin hərbi qulluqçularının Əfqanıstandan tam təxliyəsindən sonra Kabil aeroportunun idarə edilməsi üçün Türkiyədən texniki yardım istəyib.

APA-nın xəbərinə görə, bu barədə “Reuters”ə anonim Türkiyə rəsmisi məlumat verib.

Mənbə qeyd edib ki, bununla belə hərəkat Ankaradan avqustun 31-dək hərbçilərini Əfqanıstandan tam çıxarmasını istəyib.

"Reuters"ə məlumat verən digər Türkiyə rəsmisi isə müraciətlə bağlı yekun qərarın avqustun 31-dək qəbul ediləcəyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol