Menu

Kabildə baş verən partlayışda azı 40 nəfər ölüb, 120-si yaralanıb (Yeniləndi)

26.08.2021, 20:02
Kabildə baş verən partlayışda azı 40 nəfər ölüb, 120-si yaralanıb (Yeniləndi)

Kabul hava limanı yaxınlığında baş verən partlayışlar nəticəsində azı 40 nəfər ölüb, təxminən 120 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə "The New York Times" qəzetinin Əfqanıstandakı jurnalisti Fahim Abed “Twitter” səhifəsində məlumat yayıb. 

***

Kabildə hava limanının yaxınlığında partlayış baş verib. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi deyib.

Onun sözlərinə görə, hələlik zərərçəkənlər barədə dəqiq məlumat yoxdur. Əfqanıstanlı jurnalist Bilal Sarvari tvitter hesabında Kabil hava limanında törədilən partlayışın intihar hücumunun nəticəsi olduğunu bildirib.

Kabil hava limanı yaxınlığında törədilən terror aktı nəticəsində azı 13 nəfər həyatını itirib.

Ölənlər arasında uşaqlar da var. Bundan əlavə, partlayış nəticəsində "Taliban"ın bir neçə döyüşçüsü yaralanıb.

Əfqanıstanın Kabil hava limanında baş verən partlayış nəticəsində 70 nəfər yaralanıb.

"Report"un "Əl-Cəzirə"yə istinadən məlumatına görə, yaralılardan əksəriyyətinin vəziyyəti orta ağır qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol