Menu

Avropa Liqası: "Fənərbağça" qrup mərhələsinə vəsiqə qazanıb

26.08.2021, 23:22
Avropa Liqası: "Fənərbağça" qrup mərhələsinə vəsiqə qazanıb

Türkiyənin "Fənərbağça" komandası UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. "Report"un məlumatına görə, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Finlandiyada HİK-in qonağı olub.

İlk görüşdə 1:0 hesablə qələbə qazanan Türkiyə klubu səfərdə rəqibini 5:2 hesabı ilə üstələyib.

HİK Avropa Liqasının III raundunda iki oyunun nəticəsinə əsasən "Neftçi"ni mübarizədən kənarlaşdırmışdı - 2:2, 3:0. Helsinki təmsilçisi Konfrans Liqasının qrupunda iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol