Menu

Bu gün iki şəhid jurnalistin doğum günüdür

29.08.2021, 11:26
Bu gün iki şəhid jurnalistin doğum günüdür

Bu gün vəzifə borclarını yerinə yetirərkən şəhadətə yüksələn iki telereportyorun - Milli Qəhrəman Çingiz Mustafayevin və Sirac Abışovun doğum günüdür.

Çingiz Mustafayev Birinci Qarabağ müharibəsində düşmən təcavüzünü əks etdirən misilsiz videolentlərin müəllifi kimi tarixə düşüb. Onun Xocalı faciəsini dünyaya tanıdan reportajını bu gün də soyuqqanlı izləmək mümkün deyil. O, 1992-ci ilin iyun ayının 15-də amansız düşmən gülləsinə tuş gələrək şəhid olub. Məzarı Şəhidlər Xiyabanındadır.

Onun Azərbaycan jurnalistikasındakı qəhrəmanlıq yolunu davam etdirən teleoperator Sirac Abışov isə işğaldan azad olunmuş Azərbaycan torpaqlarını video şəklində tamaşaçılara təqdim edirdi. Əslən Qubadlıdan olan və məcburi köçkün həyatı yaşayan Sirac üçün bu təkcə peşə borcu yox, həm də şəxsi qürur məsələsi idi.

O, məsləkdaşı Məhərrəm İbrahimovla birlikdə bu ilin iyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək şəhid olub.

Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli sərəncamı ilə S.Abışov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.

Şərhlər

t.ədalət 2021-08-29 19:33:12

Ölənlərə Allah rəhmət eləsin!Ancaq təəccüblüsü odur ki,ömrünü Qarabağ döyüşlərinə həsr edən,Çingizi Xocalı ətrafında vertalyotdan çəkən,bizim ilk fədaimizi Seyidağa Mövsümlünü xatırlayan yoxdur.....ı.Biz,nə tez bizdən ötrü ölümə gedənləri unutduq?!

Xalq 2021-08-29 15:41:17

Allah hər ikisinə rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol