Menu

Qazaxıstan klubu "Qarabağ"la oyunlar üçün erməni futbolçu sifariş edib

30.08.2021, 09:56
Qazaxıstan klubu "Qarabağ"la oyunlar üçün erməni futbolçu sifariş edib

Qazaxıstanın "Kayrat" klubu UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

"Report"un məlumatına görə, 37 nəfərlik siyahıda Ermənistan millisinin 29 yaşlı müdafiəçisi Kamo Ovanesyan da yer alıb.

Bundan əlavə, Almatı təmsilçisinin tanınmış braziliyalı futbolçusu Vaqner Lav da iştirak ərizəsinə daxil edilib.

Qeyd edək ki, "Qarabağ" "Kayrat"la ilk matçını oktyabrın 21-də evdə, ikinci oyununu isə noyabrın 4-də səfərdə keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol