Menu

“Meqa Sığorta” çökür? – Yığımları ən kəskin şəkildə azalan şirkətdir

30.08.2021, 15:14
“Meqa Sığorta” çökür? – Yığımları ən kəskin şəkildə azalan şirkətdir

Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Meqa Sığorta” ASC-nin maliyyə durumuna mənfi təsir edən tendensiya müşahidə olunmaqdadır.

“AzPolitika.info” Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin yanvar-iyul ayı üzrə açıqladığı hesabata istinadən xəbər verir ki, şirkət bu ilin ilk 7 ayı ərzində cəmi 14,782 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,512 mln. manat, yəni 27 faiz azdır. Bu isə adı “Meqa” olmasına baxmayaraq, özü sığorta bazarının heç də ən böyük şirkətlərindən olmayan bu sahibkarlıq subyekti üçün kifayət qədər böyük itkidir.

Məlumat üçün bildirək ki, şirkətin yığımlarındakı kəskin azalma artıq bir ilə yaxındır davam edir. Ümumiyyətlə, 2021-ci ilin əvvəlindən etibarən “Meqa Sığota” şirkətinin yığım üzrə göstəricilərində artım qeydə alınmır. Əksinə, sığorta şirkətləri sırasında yığımlar üzrə ən çox azalma məhz "Meqa Sığorta"da qeydə alınıb. Bu isə şirkətin bazardakı yerinin zəifləməsi və rəqabətə davam gətirə bilməməsi anlamını daşıyır.

Yaranmış durumla bağlı şirkətdən FED.az-a bildirilib ki, sığorta yığımlarında yaranan azalma bəzi layihələrin (müştərilərin "Meqa Sığorta"dan uzaqlaşması, müqavilələrin dayandırılması) vaxtının bitməsi ilə bağlı olub. Bunun özü də təsdiq edir ki, şirkət sürətlə müştərilərini itirir.

İqtisadiyyat Şöbəsi

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol