Oktyabrın 24-də Nəsimi Rayon Məhkəməsində məhbus hüquq müdafiəçisi Leyla Yunusun həbs müddətinin uzadılması məsələsinə baxılıb.
“Media forum” saytına danışan vəkil Əlayif Həsənov deyib ki, məhkəmə Leyla Yunusun həbs müddətinin 4 ay müddətinə uzadılması haqda qərar çıxarıb.
Leyla Yunus iyulun 30-da həbs edilib. O, dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunur. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.
Leyla Yunus Bakı İstintaq Təcridxanasında saxlanır.

Şərhlər