Menu

“Cəhənnəmə bomba atmalıyıq...” - Tramp

31.08.2021, 09:33
“Cəhənnəmə bomba atmalıyıq...” - Tramp

ABŞ -ın keçmiş prezidenti Donald Tramp ABŞ-ın hərbi kontingentinin Əfqanıstandan çıxarılmasını növbəti dəfə tənqid edib.

APA “İnterfax”a istinadən xəbər verir ki, Tramp təkidlə ABŞ-ın Əfqanıstanda qoyub çıxdığı silahların geri alınmasının vacibliyini vurğulayıb.

Keçmiş prezident bildirib ki, 85 milyard dollar xərclənən bütün texnikanın dərhal ABŞ-a qaytarılmasını tələb etmək lazımdır: “Əgər geri qaytarılmasa, əhəmiyyətli bir hərbi güc nümayiş etdirərək Əfqanıstana girməli, ya silahları götürməli, ya da cəhənnəmə bomba atmalıyıq”.

Şərhlər

ELSAD 2021-08-31 15:53:46

Bezi menbelere gore bu 85 deyil, 385 milyard dollarliq silahlardir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol