Menu

Azərbaycan qızıl ixracından gəlirlərini bir ildə 22 % artırıb

31.08.2021, 15:25
Azərbaycan qızıl ixracından gəlirlərini bir ildə 22 % artırıb

Bu ilin iyul ayında Azərbaycan 9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin avqust sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % azdır.

2021-ci ilin yanvar-iyul aylarında isə Azərbaycan 116,9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22,3 % çoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol