“Əgər dəqiq olsaq, 9 noyabr bəyanatında qeyd olunan hərbi əsirlər həmin vaxta qədər əsirlikdə olanlardır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycandakı erməni hərbçilər 9 noyabr bəyanatından sonra, noyabrın sonunda saxlanılıblar.
S. Lavrovun sözlərinə görə, bütün bunlara baxmayaraq, Rusiya Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarında, eyni zamanda, digər səviyyələrdə Azərbaycan tərəfinə siqnal göndərilir, saxlanılanların şərt irəli sürmədən azad edilməsinə çağırış edilir.
“Bu vacib humanitar addım olardı. Biz bu mövqedən çıxış etməyə davam edəcəyik. Əlbəttə ki, yekun qərar bizdən asılı deyil. Biz bütün qarşılıqlı inam tədbirlərini aktiv şəkildə dəstəkləyirik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Şərhlər
Terrorçuları tuturuq, Rusiya aç burax deyir, erməniyə pulsuz silah verir, xəlvətcə də deyir bildiyivi elə, inanın ki, erməniyə Rusiya , eləcə də İran dəstək verməsə erməni çoşka donuzu kimi sakitcə dayanıb quyruğunu belə tərpətməz....
Rusiya XİN Lavrov, "O bildirib ki, Azərbaycandakı erməni hərbçilər 9 noyabr bəyanatından sonra, noyabrın sonunda saxlanılıblar. S. Lavrovun sözlərinə görə, bütün bunlara baxmayaraq, Rusiya Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarında, eyni zamanda, digər səviyyələrdə Azərbaycan tərəfinə siqnal göndərilir, saxlanılanların şərt irəli sürmədən azad edilməsinə çağırış edilir. “Bu vacib humanitar addım olardı. Biz bu mövqedən çıxış etməyə davam edəcəyik. Əlbəttə ki, yekun qərar bizdən asılı deyil. Biz bütün qarşılıqlı inam tədbirlərini aktiv şəkildə dəstəkləyirik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.".....bir sözlə açıqca de ki, Azərbaycana təzyiq edirik....