Son günlər yoluxma sayındakı artıma, poliklinikalar qarşısındakı vaksin növbəsinə, müraciət edən vətəndaşlardan günlərlə, hətta həftələrlə test götürülmədiyinə görə cəmiyyət tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tənqid olunur.
Kütləvi narazılıqlara səbəb olan TƏBİB-in yarıtmaz fəaliyyəti artıq hökumət strukturlarını hərəkətə gətirib.
Belə ki, artıq dəfələrlə yoluxma sayındakı statistik göstəricilərə Bakı liderlik etdiyi üçün TƏBİB-in buradakı bütün səlahiyyətləri əlindən alınıb. Məlumata görə, COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanalarına nəzarət Səhiyyə Nazirliyinə həvalə olunub.
Bununla bağlı TƏBİB-dən Bakupost.az -a daxil olan məlumatda qeyd olunur ki, səlahiyyət dəyişikliyi ilə əlaqədar şaiələr həqiqəti əks etdirmir: "Pandemiya ilə mübarizə çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, xəstəxanalarda stasionar müalicə TƏBİB tərəfindən həyata keçirilir".
Sözügedən dəyişiklik TƏBİB-dən rəsmi olaraq təsdiqlənməsə də, müraciət edənlərə bildirilir ki, Bakı ərazisindəki xəstəxanalar onların nəzarətində deyil. Abşeron, Sumqayıt və regionlardakı modul tipli xəstəxanalar, həmçinin COVID-19 üçün ayrılan tibb müəssisələri isə TƏBİB-in tabeliyində fəaliyyət göstərir.
Səhiyyə Nazirliyindən də Bakupost.az -a bildirilib ki, onlarda belə bir dəyişikliklə bağlı hər hansı məlumat yoxdur.
Ehtimal olunur ki, bu gün Səhiyyə Nazirliyi bütün paytaxt Bakıya nəzarəti öz əlinə götürürsə, qısa müddət sonra bütövlükdə Azərbaycan səhiyyəsinə də nəzarət edəcək.
Bu addım TƏBİB-ə dəstək və ya Səhiyyə Nazirliyini yenidən “dirçəltmək” üçün atıla bilər. Lakin bu həm də çaşqınlıq yaradır. İndi insanlar iki qurum arasında qalıb...


Şərhlər
tap elə bilir tupdadır tup elə bilir tapdadır, nə tapdadı nə tupdadır....
Agirlashmalarin artmasinin birinci sebebi test qiymetleridir. 80-100 manat test olar? 10-15 manat elesinler, apteklerde kart-testler satsinlar, her asgiran qacha-qacha gedib, yoxlanilacaq. Indi ise tibbi yardima zeng mumkun deyil, zengvursan, test mumkun deyil, test vere bilsen, cavabi almaq uchun 3 gun!!! gozlemelisen. Ve neticede en deyerli vaxt itirilir. Sehiyyenin bashinda bir normal adam yoxdur. 1,5 ile bir oturushmush poliknika--vetendash-hospitalizasiya sistemi yarada bilmediler. Biabirchiliqdir
Yoluxmanin bu qeder artmaginin ve agirlashmanin birinci seben