Menu

Pəncşirdə döyüşlər yenidən başlayıb

31.08.2021, 18:27
Pəncşirdə döyüşlər yenidən başlayıb

Əfqanıstanın Pəncşir əyalətində "Taliban" silahlıları ilə müqavimət qüvvələri arasında qarşıdurmalar yenidən başlayıb. Müqavimət qüvvələrinin komandirinin sözlərinə görə, yüzlərlə "talib" yaralanıb və öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, Pəncşirə gedən Havak keçidi bölgəsində şiddətli döyüşlər davam edir.

Müqavimət cəbhəsinin sözçüsü Ali Maisam Nazari razılaşmanın "Taliban" tərəfindən pozulduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol