Azərbaycan üzgüçüsü Vəli İsrafilov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, o, 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1 dəqiqə 04.86 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb.
Vəli İsrafilov bu nəticə ilə qızıl medal qazanıb. O, Azərbaycanın Paralimpiya çempionu olan ən gənc idmançısı olub.
İsrafilov həmçinin paralimpiada rekordunu da qırıb.
Qeyd edək ki, hazırda aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu yerdə qərarlaşıb.


Şərhlər
videona baxdıq, sağ ol oğul!