Bakı şəhərində obyekt tikintisi zamanı ağacların dibini betonlanıb.Bu barədə görüntülər vətəndaşlar tərəfindən Oxu.Az-ın redaksiyasına göndərilib.Bildirilib ki, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində tikinti zamanı ağaclar budanıb, dibi isə betonlanıb.
Məsələ barədə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ağacların dibi betondan təmizlənib: “Onlara aqrotexniki qaydada qulluq göstərilib”.
Qeyd edək ki, ötən gün də Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində ağacların dibinin asfaltlanması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər yayılmışdı.


Şərhlər
!!!! Talibancilar bunu etmezdi ,, biz etdik ))))