Menu

“Ümid” partiyasının sədr müavininin itkin düşən qızı və qardaşı oğlu tapılıb - Yenilənib

01.09.2021, 21:34
“Ümid” partiyasının sədr müavininin itkin düşən qızı və qardaşı oğlu tapılıb - Yenilənib

“Ümid” partiyasının sədr müavini Tamilla Qulaminin itkin düşən qızı və qardaşı oğlu tapılıb.

APA-nın məlumatına görə, bu barədə T.Qulami bildirib.

Sədr müavininin sürücüsü zəng edərək uşaqların tapıldığını deyib və hazırda onları götürməyə gedirlər.

***

Daxili İşlər Nazirliyi "Ümid" partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlu yoxa çıxması ilə bağlı açıqlama verib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Tamilla Qulaminin 15 yaşlı qızı Aişə Məmmədli və 12 yaşlı qardaşı oğlu Famil Qulaminin yoxa çıxması barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bolməsinə məlumat daxil olub. Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol