Dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Lüksemburqun qonağı olan millimiz oyundan məğlub ayrılıb.
Görüş rəqibin 2:1 hesablı qələbəsi yekunlaşıb.
Qarşılaşmanın 8-ci dəqiqəsində Qonçalves Pinto hesabı açıb. Oyunun 28-ci dəqiqəsində Gelson Rodriges penalti zərbəsindən sonra fərqi artırıb.
Matçın 67-ci dəqiqəsində Emin Mahmudov cərimə zərbəsindən gözəl qola imza ataraq, hesab arasındakı fərqi azaldıb. Ancaq bundan artığına gücü çatmayıb.


Şərhlər