Menu

Kriştianu Ronaldu Əli Daeinin rekordunu qırıb

02.09.2021, 00:56
Kriştianu Ronaldu Əli Daeinin rekordunu qırıb

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu İran seçməsinin Azərbaycan əsilli sabiq forvardı Əli Daeinin rekordunu qırıb.

"Report"un məlumatına görə, 36 yaşlı hücumçu buna İrlandiyaya qarşı keçirdikləri 2022-ci il dünya çempionatının seçmə oyununda nail olub.

89-cu dəqiqədə komandasının bərabərlik qoluna imza atan forvard yığmada 110-cu dəfə fərqlənib. Beləliklə, Ronaldu milli komandalarda ən çox qol vuran oyunçu ünvanına sahib çıxıb.

Təcrübəli oyunçu 90+6-cı dəqiqədə isə Portuqaliyaya qələbə qazandırıb - 2:1.

Qeyd edək ki, Əli Daei İran millisində 109 qol vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol