Menu

Bakıda partlayışda xəsarət alan ana və balanın bədənlərinin 60 faizi yanıb

02.09.2021, 17:52
Bakıda partlayışda xəsarət alan ana və balanın bədənlərinin 60 faizi yanıb

Bakı şəhərinin Nizamı rayonunda baş verən partlayış zamanı xəsarət alan ana və övladının vəziyyəti açıqlanıb.

5 saylı Kliniki Xəstəxanasından (Nərimanov Tibb Mərkəzi) “Report”un sorğusuna cavab olaraq şəhər bildirilib ki, ana və övladının bədəninin 60 faizi yanıb:

"“Partlama nəticəsində ana - Məmmədzadə Samirə Həsən qızı və övladı 2-ci dərəcəli yanıq diaqnozu (60 %) ilə xəstəxanaya yerləşdirilib. Mümkün bütün tədbirlər həyata keçirilir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol