Menu

“Qardaşlarımıza xoş gəldiniz deyirik” – Türkiyə Müdafiə Nazirliyi + FOTOLAR

02.09.2021, 22:35
“Qardaşlarımıza xoş gəldiniz deyirik” – Türkiyə Müdafiə Nazirliyi + FOTOLAR

Sentyabrın 6-7-də Türkiyənin Konya şəhərində ənənəvi “Turaz Şahini” hərbi təlimləri keçiriləcək. Bu barədə Türkiyə Müdafiə Nazirlilyindən məlumat verilib.

Təlimlərdə iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinə aid iki ədəd Miq-29 və iki ədəd Su-25 təyyarələri, həmçinin 78 nəfərlik şəxsi heyət artıq Konyaya gəlib.

Nazirliyin sosial şəbəkə səhifəsindən bu barədə məlumat paylaşılıb və “Qardaşlarımıza xoş gəldiniz deyirik”, - yazılaraq qeyd edilib.

Bununla yanaşı, səhifədə Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən hər iki qardaş ölkə hərbçilərinin Azərbaycanda keçirilən birgə təlim-məşqlərindən də görüntülər dərc edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol