Menu

Bakıda daha bir küçədə ağacların dibi asfaltlanıb - FOTO/VİDEO

03.09.2021, 13:06
Bakıda daha bir küçədə ağacların dibi asfaltlanıb - FOTO/VİDEO

Bakı şəhərində daha bir ərazidə ağacların dibi asfaltlanıb.Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, Suraxanı rayonu Etibar Bəkirov küçəsində ağaclar budanıb, dibi isə asfaltlanıb. 

Məsələ barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ağacların dibi asfaltdan təmizlənib: “Onlara aqrotexniki qaydada qulluq göstərilib”.

Qeyd edək ki, bir neçə gün əvvəl Nəsrəddin Tusi küçəsində, Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində də ağacların dibinin asfaltlanması ilə bağlı məlumat yayılmışdı.

Şərhlər

esger 2021-09-03 13:47:05

Azpolitika qəlin bir gün Yeni Günəşli V massivə ATS yanı "?* -li məktəbin qarşısında əsl agacların soygırım hasra alınıb qurudmasının şahidi olacaqsınız Nə qədər Ekoloqiya Nazirliyə xəbər olubsa qələn olmayıb MİS sahələri qurudub sattırır işbazlara.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol