Menu

Nazirlik tərəfindən vətəndaşların qəbulu DAYANDIRILDI

03.09.2021, 16:45
Nazirlik tərəfindən vətəndaşların qəbulu DAYANDIRILDI

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2021-ci il noyabrın 1-dək fəaliyyətini dayandırıb.

Nazirlikdən verilən məlumata görə, vətəndaşların qəbulu daim diqqətdə saxlanılır və 15 fevral 2021-ci il tarixindən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatında təşkil edilir.

Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin əlaqə hissəsindən “Videoqəbul” bölməsi vasitəsilə və ya “Çağrı Mərkəzi”nin 146-1 nömrəli telefonuna zəng edərək qəbula yazıla bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyinin strukturuna daxil olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən də 6 sentyabr 2021-ci il tarixindən vətəndaşların qəbulu videoqəbul formatında keçiriləcək.

Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin “Çağrı Mərkəzi”nin 146-1 nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi saytı vasitəsilə elektron müraciət edərək videoqəbula yazıla bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol