Menu

"Rus bölməsi üzrə ölkədə kadr çatışmazlığı var" - Nazirlik

03.09.2021, 17:43
"Rus bölməsi üzrə ölkədə kadr çatışmazlığı var" - Nazirlik

“Azərbaycan bölməsində bəzi fənlər üzrə bütün vakant yerlər tutulub”.

APA-nın məlumatına görə, bunu İnsan Resursları Mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu müsabiqəsinin yekunları ilə bağlı çıxışında deyib. O bildirib ki, bəzi fənlər üzrə isə yerlərin 90 faizindən çoxu tutulub: “Rus bölməsi üzrə ölkədə kadr çatışmazlığı var. Bu bölmədə bəzi fənlər üzrə vakant yerlərin 85 faizindən çoxu tutulub. Vakansiyaya yerləşmiş namizədlərin orta balı ibtidai sinif üzrə yüksəkdir. Tarix, Azərbaycan dili, Coğrafiya fənlərindəki vakant yerləri tutmuş yüksək ballı namizədlər də çoxdur. Digər fənlər üzrə də nəticələr o qədər pis deyil. Sonuncu pillədə isə İngilis dili fənni üzrə bal toplayan şəxslərdir. Bunun da səbəbləri var. Bu il bu fənndə sualların ağırlıq dərəcəsi ötən ildən fərqli idi”.

Şərhlər

Veteran 2021-09-03 23:22:44

Nə bərk-bərk tutmusuz bu rusların ətəyindən ? Ləğv edin.çoxmu lazımdır bu rusdillilər bizə ? Canı çıxsın Azərbaycan Türkcəsini öyrənsin.

Xalq 2021-09-03 18:31:32

əcəbdi, çatışmayan kadrları gedin rusiyadan gətirin, rusları işlə təmin eləmək lazımdır axı!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol