Menu

ABŞ azı 50 min əfqan qaçqını qəbul etməyi planlaşdırır

03.09.2021, 21:16
ABŞ azı 50 min əfqan qaçqını qəbul etməyi planlaşdırır

ABŞ Əfqanıstandan təxliyə edilmiş qaçqınların yerləşdirilməsi proqramını azı 50 min nəfərə qədər genişləndirmək niyyətindədir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Şimal Komandanlığının rəhbəri general Qlen Van Hirk cümə günü keçirdiyi brifinqdə bildirib.

"ABŞ-a evakuasiya edilənlərin sayını azı 50 min nəfərə çatdırmaq üçün çalışırıq", - Hirk deyib.

Qeyd edək ki, hazırda ABŞ-a 25 600 nəfər evakuasiya edilib. Bütün qaçqınlara sığınacaq verilib, yemək, su, tibbi yardım göstərilir.

Şərhlər

Eli 2021-09-03 21:56:55

Buna deyirler ki başını yarıb eteyine qoz tökmek.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol