Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində (zakupki.gov.ru) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma “Dağlıq Qarabağ Respublikası” qeyd olunması məsələsinə münasibət bildirib.
Bu barədə XİN-dən bildirilib.
"Qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırmışdır. Bu kimi yanlış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib", - məlumatda qeyd olunub.

Şərhlər
Rusiyanı buralardan RƏDD etməyin vaxtı çatıb.Cəhənnəm olsunlar Putinlə birlikdə.Heç nədən qorxmaq lazım deyil.Artıq BƏSDİR
Rusiya müdaxilə etsədə bir qələt edə bilməyəcək.Bayquş kimi tək qalıb.Bircə sərrast zərbəyə nakaut olacaq.
Azərbaycan XİN-i Rusiyaya etiraz edib.... bu çox da inandırıcı səslənmir. Çün ki, Azərbaycanın XİN-ində ruslara etiraz edəcək kimsə qalmayıb... Başda Xalaf Xalafov olmaqla hamsı rus məktəbinin məzunlarıdırlar. ....
Bəs Azərbaycanın Rusiyadakl səfiri nə işlə məşğuldur ki,belə hallar baş verir?Rəqin konsert proqramları ilə başı qarışıb.Biri manıslıq edir,digəri alkokollu içkilərlə məşğul.Əcəb XİN və əcəb səfirlər var.Ona görə bizim səsimizi eşidən yoxdur.Ayılın Ay XİN!
Rusdar ne deyir ?