Menu

Dünya üzrə şəkər xammalının qiyməti son 4 ilin maksimum səviyyəsinə çatıb

04.09.2021, 16:44
Dünya üzrə şəkər xammalının qiyməti son 4 ilin maksimum səviyyəsinə çatıb

Braziliyanın şəkər qamışı becərilən rayonlarında havanın şaxtalı keçməsi səbəbindən dünya üzrə şəkər xammalının qiyməti son 4 ilin maksimum səviyyəsinə çatıb.

“Report” “The Wall Street Journal”a istinadən xəbər verir ki, Nyu-Yorkda şəkər xammalının fyuçersləri son ay ərzində 10 % bahalaşaraq 1 funtu 20 sent həddinə çatıb.

İyun və iyul aylarında Braziliyanın bir sıra regionlarında müşahidə olunan anomal soyuq hava şəraiti şəkər qamışının daha ləng böyüməsinə və keyfiyyətinin pisləşməsinə səbəb olub.

Bu il qlobal şəkər istehsalı azalsa da, ekspertlər bu baxımdan defisitin olmayacağı qənaətindədirlər. Belə ki, onların fikrincə, qiymət artımı Hindistandan şəkər tədarükünün artırılmasına səbəb olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol