Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən "Rahat" super marketdən alış-veriş edən rayon sakini ticarət mərkəzində istifadə müddəti keçmiş, xarab olmuş məhsullar satıldığını bildirib.
Adının yazılmasını istəməyən şəxs "AzPolitika.info"-ya təqdim etdiyi videogörüntüdə üzləşdiyi problem barədə ətraflı bəhs edib.
Alıcı bildirib ki, marketdən "Mərcan" brendinin istehsalı olan kənd toyuqları alıb: "Evə gələndə toyuqlardan kəskin iy gəldiyini duydum, məhsul xarab olmuşdu. Təkrar marketə qayıdıb rəhbərliyə bu barədə məlumat verdim. Əvvəl inkar etməyə çalışdılar, sonra dəyişdirməyi təklif etdilər, imtina etdim".
Binəqədi sakini bildirir ki, evə qayıdıb faktla bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Qaynar xətt"inə müraciət edib. Burada məhsul haqqında bütün məlumatları götürdükdən sonra əməkdaşların onunla əlaqə saxlayacaqlarını bildiriblər: "Amma ertəsi gün zəng olmadığını görüb yenidən "Qaynar xətt”ə müraciət etdim. Bu dəfə AQTA əməkdaşı bildirdi ki, qanuna görə müraciətə 15 gün ərzində baxılacaq. Mən iki həftə ərzində toyuğu harada, necə saxlayacağımı, onu ataramsa, şikayətdə haqlı olduğumu necə sübut edəcəyim barədə suallar ünvanlasam da, eyni cavabı aldım".
Şikayətçi bildirir ki, "Rahat" marketdə ilk dəfə xarab məhsulların satılması ilə qarşılaşmır. Bundan əvvəl də iki dəfə aldığı ərzaq xarab çıxıb.
Alıcı bildirir ki, AQTA-nın insanların sağlamlığı üçün olduqca təhlükəli hala biganə qalması onu təəccübləndirib: "Bu qurum hər gün onlarla obyekti cərimələyir, yoxlama aparır. Mən ortaya fakt qoyuram, amma araşdırılmır, bunu anlamaq çətindir".
Şikayətçi faktın ictimailəşdirilməsindən sonra tədbir görüləcəyinə ümid edir.
"AzPolitika.info"


Şərhlər
Sizdə nəyi qoyub, nəyi axtarırsınız. Polisə təhqir olunma ilə ərizə ilə müraciyət edirsən deyirlər 10 gün ərzində baxılacaq, təsdiqini tapsa, günahar Qanuna müvafiq 101 manat cərimə olunacaq. 8 gün keçir protokol yazılmlr.İqdisad Nazirliyi yanında istehlakçıların hüquqlarının müdafiəsi komitəsinin qaynar xəttinə zəng vurursan ki, Dərnəgüldə yerləşən obyektən 4500 manatlıq mal almışam, nə qəbz nə qaimə təqdim olunmur.Malın isə digər həssəsini verməkdən imtina edirlər kömək edin. Cavabında deyirlər ki, 30 gün ərzində müraciyətinizə baxılacaq.Z.Bünyatov prospektində yerləşən bütün obyeklərin nə kassa aparatı var,nə qəbzi nədə VOEN deyilən rekvizitləri.Vergilər Nazirliyinə onlayn müraciyət edirsən sayt ərizəni qəbul etməkdən imtina edir.Və sair. Hansı struktur normal işləyirki? ...
Mərcan toyuğu elədir. Mən fərqli marketdən alnışdım. Kəskin iy gəlirdi. Mağaza yaxın olduğu üçün qaytara bildim.. söhbət 4-5 manatdan getmir sahibkat xarab malını məhv etməli alıcıya keyfiyyətli məhsul təqdim etməlidir. Bizdə tam tərsinə keyfiyyətli məhsuldan it pişik yeməyi düzəldirlər xarablar insanlat üçün!!!
t.ədalət, tamamilə doğru yazmısınız, sizinlə həmfikirəm. Gözlərindən gəlsin!
AQTA aylığını aldığı obyektləri yoxlamır.Keşlə bazarında toyuq kəsilən yer,toyuqların və digər heyvanların əti satılan dükanlarda natəmizlik baş alıb gedir.Ortada pul olan yerdə AQTA yoxdur.