Menu

""Azərsu" camaatı aldadır!" - Xeyrəddin Qoca

05.09.2021, 14:15
""Azərsu" camaatı aldadır!" -  Xeyrəddin Qoca

"Hörmətli redaksiya! Qobustan rayonunda, dağlar arasında, axar-baxarlı yerdə Xilmilli adlı qədim bir kənd var. Deyirlər, bu kənd 200 il bundan əvvəlin kəndidir. Onu da deyirlər ki, 200 ildən də çoxdur, bu kənddə su yoxdur!"

Bu fikirləri  "AzPolitika.info" ya müraciətində tanınmış nasir və publisist, sabiq millət vəkili Xeyrəddin Qoca bildirib. 

Xeyrəddin Qoca müraciətində daha sonra bildirir:" Kənd camaatı sadəcə dağlardan süzülüb gələn bir-iki bulaq suyundan istifadə edir. Vaxtilə sovet dövründə ruslar bu kənddə yaşayanda dağlardan süzülüb gələn bulaqlardan kəndin küçələrindən keçən bir su xətti çəkiblər, həmin xətt də köhnəlib dağılmışdır. Xətti birtəhər bərpa edib, həftədə iki dəfə, saatla kəndə su buraxırlar, camaat da vedrələrlə böyük əzab-əziyyət içində evlərinə su daşıyırlar!

Kənd adamlarının içərisində az-çox imkanı olanlar maşını 10-15 manata başqa yerlərdən su gətizdirirlər. Qocalar, əlsiz-ayaqsızlar qonşularına ayda 300-400 manat ödəyirlər ki, həftədə iki dəfə küçədəki su xəttinə buraxılan sudan mənzillərinə su daşısılar!..

Kənd camaatı, nəhayət, sabiq deputat kimi, yazı-pozu adamı kimi mənə müraciət etdilər. Mən də rayon İcra Hakimiyyətinin başçısı, əvvəllərdən tanıdığım Adil Məmmədova müraciət etdim. Heç demə, Adil müəllim də kəndə su çəkdirmək üçün çox çalışmış, bir nəticəsi olmamışdır. 

Qərara gəldik ki, "Azərsu" ASC-nin keçmiş sədri Qorxmaz Hüseynova müraciət edək. Mən onunla görüşüb, kənd əhalisinin acınacaqlı vəziyyətindən danışdım. Bu söhbətimiz keçən ilin əvvəlləri olub.  O da vəziyyəti öyrənib, kənddəki su xəttinə hər gün su buraxılması üçün artezian quyuları qazılmasından ötrü tapşırıq verdi. Keçən ilin yayında bir artezian quyusu qazılıb, ikincisini də qazmağa başladılar və işi yarımçıq qoyub getdilər!

Kənd camaatı da sevinirdi ki, nəhayət, kəndə su çəkilir, bizə də, su çəkənlərə də o qədər alqış edirdilər ki, dilləri ağızlarına sığmırdı...

"Az zamanda işi davam etdirəcəyik" deyə, camaatı aldatdılar, sonra da qış gəldi. Bu ilin əvvəlində yenə "Azərsu"  ASC-yə xahiş-minnətə başladıq. Sədr də artıq dəyişmişdi. 

Sədrin Əfqan adlı bir köməkçisi var, mən ona zəng etməkdən yoruldum, hər dəfə bir bəhanə gətirdi. Nəhayət, bu ilin iyulunda dedi ki, su-drenaj işlərinə Şöhrət adlı bir şöbə rəisi baxır, onunla əlaqə saxlayın. Avqust ayına qədər Şöhrət də bizi aldadıb vaxt keçirməyə çalışdı, axırda da dedi ki,  ağır texnikamız haradasa işləyir, avqustun axırında boşalacaq, su çəkmək üçün Xilmilliyə göndərəcəyik... 

Avqustun axırında Şöhrətə bir də zəng edəndə dedi ki, sədrə məlumat verim, cavabını sizə bildirəcəyəm. Sonra nə qədər zəng vurduqsa, Şöhrət cavab vermədi!

Yenidən sədrin köməkçisi Əfqana zəng vurdum, bu dəfə məni tanımadı. Handan-hana dəfələrlə danışdığımız yadına düşdü və yenə dedi ki, bu işlərlə Şöhrət məşğul olur, ona zəng edin. Mən də ona dedim ki, sən sədr Köçəri müəllimə məlumat ver, bizə bir cavab de, camaat gözləyir. Bizi başdan eləmək üçün "yaxşı" deyib, telefonun dəstəyini asdı!

Kənd camaatı "Azərsu" ASC-dən evlərə şəbəkə çəkməyi xahiş etmir, çünki bilirlər ki, şəbəkə baha başa gəlir və uzun çəkən prosesdir. Camaat sadəcə küçələrdəki köhnə su xəttinə hər gün, fasiləsiz su buraxılmasını istəyir ki, küçədən öz vəsaitləri hesabına evlərinə özləri boru xətti çəkib, su gətirsinlər. "Azərsu" isə camaatı aldatmaqda davam edir... Deməli, təzə sədr gəlsə də, köhnə özbaşınalıqlar davam edir!"

Şərhlər

Veteran 2021-09-07 15:12:42

Gəncədə yaşıllıqlar tamamilə məhv olur.Nizami məqbərəsinin ətrafı,Yeni Gəncə qəsəbəsi yaşayış massivində,H.Əliyev parkında əkilmiş 30-40 illik ağaclar,yaşıllıqlar tamamilə məhv olur. Yeni Gəncə yaşayış massivinə mənzillərə su yeni sistemlə veriləndən sonra artezan və nasosları AzərSuyun Gəncə idarəsinin dələduz rəhbərliyi və işçiləri söküb satdılar. Şəhər İcra Hakimiyyəti ilə AZƏRSU-nun Gəncə idarəsi isə bu barədə müvafiq müqavilə imzalamırlar. Nəticədə sakinlər əziyyət çəkir.yaşıllıqlar isə məhv olur.

Gəncə 2021-09-07 12:33:04

AZƏRSU cammatın anasını mələr qoyub.Allah onların bəlasını versin. Gəncədə satmadıqları artezan və su nasoslıarı qalmadı. Yaşıllıqlıar isə məhv olur.

GƏNCƏ 2021-09-07 12:26:52

Gəncədə yaşıllıqlar tamamilə məhv olur.Nizami məqbərəsinin ətrafı,Yeni Gəncə qəsəbəsi yaşayış massivində,H.Əliyev parkında əkilmiş 30-40 illik ağaclar,yaşıllıqlar tamamilə məhv olur. Yeni Gəncə yaşayış massivinə mənzillərə su yeni sistemlə veriləndən sonra artezan və nasosları AzərSuyun Gəncə idarəsinin dələduz rəhbərliyi və işçiləri söküb satdılar. Şəhər İcra Hakimiyyəti ilə AZƏRSU-nun Gəncə idarəsi isə bu barədə müvafiq müqavilə imzalamırlar. Nəticədə sakinlər əziyyət çəkir.yaşıllıqlar isə məhv olur.

Şəkili 2021-09-05 23:23:45

Hörmətli Xeyrəddin müəllim ! "Azərsu ASC" -nin fəaliyyəti Şəki Su İdarəsinə təyin etdikləri kadrlardan bəllidir ? Su İdarəsinin işçiləri bir "mafiyanın" üzvüləridir. İşçilər savadlarına görə yox, tanışlığa görə təyin olunublar ? Dövlətin külli miqdarda vəsaitləri hesabına Şəkidə Su və Kanalizasiya qurğularının təmiri üçün milyonlar ayrılmasına baxmayaraq qeyri-peşəkar kadrların təyin olunması nəticəsində milyonlar mənimsənildi, kanalizasiya qurğuları yararsız vəziyyətdədir, içməli Su əvvəlkindən də keyfiyyətsizdir.. İçməyə yararsız olmasına baxmayaraq əhaliyə keyfiyyətsiz Su verilir ? Dövlətin milyonları isə mənimsənilib, küllə dönüb ? Dövlətin milyonları yoxa çıxmasına baxmayaraq, Məmmədovlar qardaşları özləri üçün milyonlara sahib olublar ? Beş qardaş, bacısı uşaqları, dayısı uşaqları dövlət vəsaitlərini mənimsədiklərinə görə kef kəçirlər ! Xahiş edirik Şəkini içməli Su ilə təmin olunmasına köməklik göstərin.. Verilmiş həmin Su ilə ağacları sulayırıq, ağacların hamısı qurumağa doğru gedir.. Belə getsə Şəkidə ağacları barmaq ilə göstərəcəklər ?

Eli 2021-09-05 21:29:55

O quyuların yerleşdiyi erazileri qorumalı olan polis işçilerini isr bayramdan bayrama görmek olar .Adam tesevvür ede bilmir ki niye bele bir vacib oblekte bu qeder qeyri ciddi yanaşma bigane bir mğnasibet

Eli 2021-09-05 20:22:41

Allah Sizi qorusun ...

Niyaməddin 2021-09-05 17:41:49

Yezidin xərci zülüm, igidin xərci ölüm deyiblər. Allah yezidlərə lənət eləsin!

Eli 2021-09-05 17:02:36

İndi nörmetli Xeyrəddin müellim men Sizin yazılarınızı daim izleyirem ve Sizi nir vetenperver şexs kimi tanyır sözünü kiş kimi üze demeyi bacaran ve kimdensr qorxub çekinmeyen biri kimi qebul ediriki yeni demek isteyirem Siz ve taxud başqa bir tanınmış dövlet adamı bu yazılanlarla maraqlansa yeni meqalenin adı bele olar-Azersu dövleti ve xalqı aldadır.”

Eli 2021-09-05 16:43:07

Hele quyular texniki qulluq ve diger meqsedler üçün çekilen yolların veziyyetini demirem dehşetli bir veziyyetdedir bu yollar.NK-qerarları ile quyularr teyin oluna müşahide zonlarında neler baş verir onlaro demirem kim isteyir edir buğda arpa qarğıdalı eken kim istediyini eden kim yeni bir özbaşınalıqdır ki,gel göresen.Halbuki ölke mediasının mütemadi verdiyi melumatlara göre bu lahiyyeye millionlarla manat fövlet vesaiti xerclenib.Menim

Eli 2021-09-05 15:55:36

Çox hörmetli Xeyreddin müellim heç özünüz yormayın bu “Azersu”deyilen qurum ki var bu bir qeti ciddi teşkilatdır ki bunlar dövlet ,xslq maraqlandırmır.Birce fakt deyim Size eger tesadüfen yolunuz Oğuz -Qebele su sistemleri şebekesinin mövcud veziyyetine baxsaz ve yaxud Oğuzda yaşayan dost yoldaşlardan soruşssz onlar Size mövcud veziyyet haqda qısa melumat verereler.Beleki o rayonun erazisinde yerleşen quyulara nezret demek olar ki yoxdur,yoldan öten,oralarda msl heyvan otarsn kim ne vaxt istese oquyulardan du götürd ve ne texribat istese törede biler yeni bele bir dövlet ehemiyyetli strateji obyekt qalıb çobanların ve orads çalışan kend teserrüfatı işçilerinin ümidine .Bu saheler qorunmur Nazirler Kabinetinin heç bir qerarına emel edilmir qalıb Allahın ümidine ,

Roma 2021-09-05 14:30:44

Xeyrəddin müəllim çəkdiyiniz əziyyətə görə sağ olun, mənim demək istədiyim isə odur ki, erməni kəndi olsaydı oranın hər evinə nəinki, bir xətt inanın ki, 2-3 xətt çəkilmiş olardı...Biz özümüz-özümüzə düşmənik...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol