Menu

Qəddafinin oğlu həbsxanadan çıxdıqdan dərhal sonra Türkiyəyə gedib

06.09.2021, 09:39
Qəddafinin oğlu həbsxanadan çıxdıqdan dərhal sonra Türkiyəyə gedib

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Saadi Tripoli həbsxanasından çıxdıqdan dərhal sonra təyyarə ilə Türkiyəyə uçub.

APA-nın məlumatına görə, Ədliyyə Nazirliyindəki mənbə “Agence France-Presse”ə bildirib ki, Saadi bir neçə il əvvəl çıxarılan məhkəmə qərarına əsasən həbsdən azad edilib.

Baş prokuror bütün lazımi şərtlər yerinə yetirildikdən sonra qərarın icrasını istəyib.

Xatırladaq ki, 2011-ci ildə Müəmmar Qəddafi rejimi devrildikdən sonra ailəsi və yaxınlarının həbsinə qərar verilmişdi. 1973-cü il təvəllüdlü Saadi Nigerə qaçsa da, 2014-cü ildə Liviyanın yeni hakimiyyət orqanlarına təhvil verilib.

Şərhlər

t.ədalət 2021-09-06 10:55:40

Anamız Türkiyə!Dünya türklərinin və müsəlmanlarının yeganə sığıncağı,ümid yeri və pənahısan!Səni və Sənə başçılıq edən Sayın Ərdoğanı Tanrı qorusun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol