Bugünkü ticarət sessiyasında Avropada qazın qiyməti kəskin surətdə bahalaşıb. TTF indeksinin oktyabr fyuçersinin qiyməti 53,68avro meqavatt/saat səviyyəsinə çatıb. Bu isə 1 000 kubmetr üçün təxminən 659ABŞ dolları deməkdir.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, sonradan qiymət52,96avro meqavatt/saatadək azalıb.
Xatırladaq ki, avqust ayında “Qazprom”un zavodunda baş vermiş qəza səbəbindən bir neçə gün ərzində Avropaya qaz tədarükündə azalma qeydə alınıb. Bu hadisə xammal çatışmazlığına və qiymət artımına zəmin yaradıb.


Şərhlər