Menu

NATO Rusiyaya qarşı yenidən F-16-ları qaldırdı

24.10.2014, 17:56
NATO Rusiyaya qarşı yenidən F-16-ları qaldırdı

Rusiya hərbi kəşfiyyat təyyarəsi Danimarkanın hava sərhədini pozub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Lokal” (“The Local”) yayıb. Məlumatda hava sərhədinin pozulmasının Bornxolm adası istiqamətində qeydə alındığı bildirilib. Sayt həmçinin havaya iki Danimarka F-16 təyyarəsinin də qaldırıldığını vurğulayıb.

Dünən yayılan digər məlumata görə, Rusiyanın İl-21 təyyarəsi Estoniyanın da hava sərhədini pozmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol