"Bu general da müsəlmanların əhatəsində böyüyüb" - "Aleksey Rüstəmdən fərqli olmayacaq..."

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovun xidmət müddətini başa çatıb. Onun yerinə Cənub Hərbi Dairə komandanının müavini Aleksey Avdeyev təyin olunub.

Poltioloq Elxan Şahinoğlu xatırladır ki, Rüstəm Muradov Dağıstan doğumlu idi, Aleksey Avdeyev də müsəlmanların əhatəsində böyüyüb, 1967-ci ildə Daşkənddə anadan olub.

"Bu Rusiyanın ənənəvi siyasətidir, yerlərdə elə təmsilçilər təyin edir ki, ixtilaf doğurmasın. Ancaq önəmli olan “sülhməramlılara” komandanlıq edənin harda doğulduğu və isminin Rüstəm olması deyil. Rüstəmlər, Alekseylər Moskvanın təlimatı əsasında hərəkət edirlər, Müdafiə Nazirliklərinin tapşırıqlarını yerinə yetirirlər.

Əgər Moskvadan “erməni separatçılarının lideriylə təmasda olun”, “Qarabağdakı ermənilərin sosial problemlərinin həllində fəal olun, infrastuktur çalışmalarında yer alın” təlimatlarını alırlarsa, bu əmrləri yerinə yetirməlidirlər. Ona görə də Alekseyin Rüstəmdən fərqli olacağını, Azərbaycan iradlarını nəzərə alacağını söyləmək mümkün deyil. Biz öz işimizi görməliyik",-deyə politoloq vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Roma 2021-09-10 11:23:43

t.ədalətə...demək istəyirəm ki, canişin kim olur-olsun onun əhəmiyyəti yoxdur, Moskva hansı proqramı verirsə canişin də həmin proqrama uyğun hərəkət edir, başqa cürə ola bilməz

Roma 2021-09-07 16:05:40

t.ədalətə...Sizin şərhlərin demək olar ki, hamısıynan adətən razılaşıram, amma bu şərhinizlə razılaşmıram. Belə ki, Rüstəm Muradov müsəlmandır, ancaq araiki bağrına basıb öpüşürdü və deyə bilməzsən ki, o anti-müsəlmandır, indi təzə təyin olunan yeni canişin deyək ki, müsəlman deyil, yəni mən demək istəyirə

t.ədalət 2021-09-07 14:54:24

Deməli,anti-müsəlman birisidir.

Son yazılar