Menu

Bakıda daha bir ünvanda tikinti şirkəti qanunsuz parklanma yeri təşkil edib

08.09.2021, 11:46
Bakıda daha bir ünvanda tikinti şirkəti qanunsuz parklanma yeri təşkil edib

Bakının Nizami rayonunun Tofiq Abbasov küçəsində "Orbita" Mənzil-Tiknti Kooperativi piyada səkisini zəbt edərək qanunsuz parklanma yeri təşkil edib.

“Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayıs Ağayev bildirib.

Onun sözlərinə görə, nəticədə piyadaların rahat hərəkəti üçün ciddi maneələr yaranıb, təhlükəsizlik səviyyəsi aşağı düşüb. Məsələ nəzarətə götürülüb və müvafiq hüquqi tədbirlər görülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol