Menu

Rusiyada koronavirusa yoluxanların sayı 7 065 904 nəfərə çatıb

08.09.2021, 14:09
Rusiyada koronavirusa yoluxanların sayı 7 065 904 nəfərə çatıb

Rusiyada son sutkada daha 18 024 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 7 065 904 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 797 nəfər artaraq 189 582-yə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 6 320 512 nəfər sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol