Menu

Azərbaycan XİN Şimali Makedoniya və Andorranı təbrik edib

08.09.2021, 16:49
Azərbaycan XİN Şimali Makedoniya və Andorranı təbrik edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Şimali Makedoniyanı Müstəqillik Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, b barədə XİN-in tviter səhifəsində məlumat verilib.

“Müstəqilliyinin 30-cu ildönümündə Şimali Makedoniyanı səmimi-qəlbdən təbrik edirik və bu əlamətdar gündə uğur və rifah üçün ən xoş arzularımızı çatdırırıq. Müstəqillik Günün mübarək, Şimali Makedoniya!”, - məlumatda qeyd edilib.

XİN həmçinin Andorranın Milli Günü münasibətilə paylaşım edib: “Andorranın Milli Gününü səmimi-qəlbdən təbrik edirik və bu əlamətdar gündə uğur və rifah üçün ən xoş arzularımızı çatdırırıq. Milli Günün Mübarək, Andorra!”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol