Menu

Gürcüstan prezidenti Ermənistanın baş naziri ilə regional məsələləri müzakirə edib

08.09.2021, 18:27
Gürcüstan prezidenti Ermənistanın baş naziri ilə regional məsələləri müzakirə edib

Gürcüstan prezidenti Salome Zurabişvili bu ölkədə rəsmi səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə bölgədə sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər regional əməkdaşlıq üçün potensialın istifadəsi və gələcək inkişafının əhəmiyyətini vurğulayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol