Xəbər verdiyimiz kimi bu gün yeni Gənclər və İdman naziri Fərid Qayıbov kollektivə təqdim edilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, təqdimatda Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, idman federasiyalarının rəhbərləri, idmançılar və digər qonaqlar iştirak etsə də, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov iştirak etməyib. Belə önəmli tədbirdə nazir müavininin olmaması birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Manset.az-a açıqlama verən nazir müavini səhətində problemlər olduğu üçün təqdimat mərasimində iştirak etmədiyini bildirib.
"Mən yeni nazirdən icazə almışam, ona görə də cənab nazirin təqdimat mərasiminə qatılmamışam. Səhhətimdə problem var. Hazırda müalicə olunuram. İnşallah, sağalıb, işə çıxaram."


Şərhlər
İsmayıl müellim semimi İnsandır yeqin ki, düz deyir.
Ümumiyyətlə idman Nazirliyi tam formada xəstə haldadır.Onu sağaltmağa isə gimnastın nə təcrübısi,nə təhsili,nə də bacarığı kifayətdir.Bu nazirlik yam şəkildə ləğv edilməlidir.Burada indiyə qədər nə ölkədə idmanla nə də gənclərin həyatı ilə maraqlanan olub.Narkomaniyə gəncliyi məhv edib,idman isə ölüb.fo